ABŞ Ukraynaya döyüş təyyarələri verməyəcək
ABŞ administrasiyası Ukraynanı Amerikanın “F-16” qırıcıları ilə təmin etmək niyyətində deyil.

Bunu ABŞ prezidenti Cozef Bayden jurnalistlərin suallarını cavablandırarkən deyib.

Ona Vaşinqtonun Kiyevə “F-16”lar göndərməyi planlaşdırır sualı ünvanlanıb. Bayden isə cavabında “Xeyr”, - deyib.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden yanvarın 25-də Vaşinqtonun Ukraynaya “31 M1 Abrams” tanklarının verilməsi barədə qərar qəbul edildiyini təsdiqləyib. Bundan əvvəl Almaniya Ukraynaya “Leopard-2” tankları verəcəyini açıqlayıb.


Print Email
FaceBook Twitter Google