Amerikada 180 jurnalisti işdən çıxaran şirkət onları şəbəkə ilə əvəzləyib
Xəbərlər və virus məzmunu üzrə ixtisaslaşmış Amerikanın böyük onlayn nəşri olan “BuzzFeed” bəzi materialların müəllifi kimi “ChatGPT” neyron şəbəkəsindən istifadə etməyə başlayıb.

Bu barədə “The Telegraph” məlumat yayıb.

Nəşr qeyd edib ki, redaksiya siyasətində dəyişiklik “BuzzFeed” şirkətinin ümumi işçilərinin 12%-ni təşkil edən 180 jurnalisti işdən çıxardıqdan sonra elan edilib.

Rəsmi olaraq insanların işdən çıxarılmasına iqtisadi perspektivlərin pisləşməsi səbəb olub.

“BuzzFeed”in baş direktoru İon Peretti bildirib ki, “ChatGPT” fərdi testlər və testlər üçün mətnlər yazacaq. Bununla belə, Peretti gələcəkdə tam hüquqlu redaksiya materiallarının yaradılmasını da neyron şəbəkəyə həvalə etmək niyyətindədir.

Mənbə: report.az

Print Email
FaceBook Twitter Google