Üçtərəfli Bəyanata zidd olaraq Rusiya sülhməramlı kontingentinin
yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi
fəaliyyətin və Laçın yolundan sui-istifadənin dayandırılması barədə
etirazçıların tələbləri təəssüf ki, hələ də yerinə yetirilməyib.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı
həmkarı Sergey Lavrovla telefon danışığı zamanı bildirib.
Nazir xatırladıb ki, blokada və humanitar vəziyyət barədə
iddiaların heç bir əsası yoxdur.