Rusiyanın “Su-35” qırıcısı ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki
“B-52H” strateji bombardmançı təyyarəsinin Baltik dənizi üzərində
dövlət sərhədini pozmasını qabaqlayıb.
Bunu Rusiya Milli Müdafiə Nəzarəti Mərkəzi açıqlayıb.
“20 mart 2023-cü il tarixində Qərb Hərbi Dairəsinin növbətçi hava
hücumundan müdafiə qüvvələrinin radiolokasiya qurğuları Baltik
dənizi akvatoriyası üzərində Rusiya dövlət sərhədi istiqamətində
uçan hava hədəflərini aşkar edib. Onlar ABŞ Hərbi Hava Qüvvələrinin
iki “B-52N” strateji bombardmançı təyyarəsi kimi təsnif edilib” –
qurum açıqlayıb.
Qeyd olunub ki, dövlət sərhədinin pozulmasını qabaqlamaq üçün
“Su-35” qırıcısı havaya qaldırılıb, onun ekipajı havada müəyyən
edilmiş növbətçilik zonasını əhatəyə alıb.
“Xarici hərbi təyyarələr uzaqlaşdıqdan sonra Rusiya qırıcısı öz
baza aerodromuna qayıdıb”, - mərkəzdən
bildirilib.
Qurum əcnəbi təyyarələrə hava məkanını pozmağa imkan verilmədiyini
vurğulayıb.