Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanacaq və
tərəflər eskalasiyadan qaçına biləcəklər.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan tviterdə
bildirib.
“Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi bağlanacaq və
bu, ən yüksək səviyyədə verilən rəsmi bəyanatlara əsaslanacaq. Yeni
eskalasiya olmayacaq. Beynəlxalq ictimaiyyət bu narrativə qəti
şəkildə dəstək verməlidir”, - hökumət başçısı
vurğulayıb.