2023-cü ilin yanvar-avqust ayları ərzində Gürcüstanın Azərbaycana
ixracı 567,8 milyon dollar təşkil edib.
Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında
bildirilib. Qeyd olunub ki, bu göstərici ötən illə müqayisədə 34,7%
çoxdur. Belə ki, 2022-ci ilin analoji dövründə Gürcüstanın
Azərbaycana ixracı 421,6 milyon dollar təşkil edib. Cari ildə
Azərbaycana ixrac Gürcüstanın ümumi ixracının 13,9%-ni təşkil
edib.
Yanvar-avqust ayları ərzində Gürcüstanın ikinci və üçüncü əsas
ixrac tərəfdaşları isə müvafiq olaraq Ermənistan (552,2 milyon
dollar) və Rusiya (461,3 milyon dollar) olub.
Bu il Gürcüstanın ixracı ötən illə müqayisədə 14,4% artaraq 4
milyard 79 milyon dollara çatıb.
Mənbə: apa.az