Rusiya Daxili İşlər Nazirliyi Estoniyanın baş naziri Kaya Kallası
cinayət əməllərində ittiham olunaraq axtarışda olan şəxslər
siyahısına daxil edib.
Rusiya dövlət mediası məlumatı Rusiya Daxili İşlər Nazirliyinin
axtarışda olan şəxslərin məlumat bazasına əsaslanaraq yayıb.
"Kaya Kallası Cinayət Məcəlləsinin maddəsi ilə axtarışa
verilib", - məlumat
bazasında yazılıb, Estoniyanın
baş nazirinin hansı maddə əsasında axtarışa verildiyi
açıqlanmayıb.
Rusiya Daxili İşlər Nazirliyi Estoniyanın dövlət katibi Taimar
Peterkopu da axtarışda olanlar siyahısına daxil edib.