Yerli polis idarəsinin məlumatına görə, bazar günü günorta
saatlarında ABŞ Hərbi Hava Qüvvələrinin əsgəri İsrailin
Vaşinqtondakı
səfirliyi qarşısında özünü yandırıb. ABŞ Hərbi Hava Qüvvələrinin
sözçüsü həmin şəxsin aktiv vəzifədə olduğunu təsdiqləyib.
İsrailin Qəzzada davam edən müharibəsinə etiraz edən bir adam özünü
yandırma hərəkətini Twitch-də canlı lentə alıb.
“Mən daha soyqırımın ortağı olmayacağam”. – o, videoda
“ən radikal
etiraz formasına müraciət etdiyini” deyir. Videoda o, telefonu
səfirliyin qarşısına qoyur, başına maye tökür və özünü yandırır,
daha sonra “Fələstinə azadlıq” şüarını səsləndirir.
Tezliklə ABŞ Məxfi Xidmətinin əməkdaşları yanğını söndürməyə
başlayıb, bundan sonra adı çəkilən şəxs ağır xəsarətlərlə
xəstəxanaya çatdırılıb. Daha sonra İsrailin ABŞ-dakı səfirliyi
bəyanat yayaraq, insident zamanı səfirlik əməkdaşının xəsarət
almadığını bildirib.
Polis bölməsindən onu da bildiriblər ki, səfirliyin yaxınlığında
sözügedən şəxslə əlaqəsi ola biləcək şübhəli avtomobil üçün
minatəmizləmə qrupu çağırılıb, lakin sonradan müəyyən edilib ki,
ərazidə heç bir təhlükəli material yoxdur.