Ukrayna Hava Qüvvələri gün ərzində Rusiyanın ikinci Su-34
qırıcı-bombardmançı təyyarəsini vurub.
Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı,
general-leytenant Nikolay Oleşuk "Telegram"da
məlumat verib.
Oleşuk vurulan Rusiya təyyarəsinin fotosunu paylaşıb.
Hərbi Hava Qüvvələrinin komandanı səhər saatlarında da Ukraynanın
şərqində Rusiyaya məxsus Su-34-ün vurulduğu barədə məlumat
vermişdi.
Mənbə: apa.az