Rus təbliğatçısı Vladimir Solovyov Rusiyanın 2008-ci ildə
Gürcüstanı fəth etməməsindən təəssüflənib və hesab edir ki,
belə olan halda Rusiyanın bu gün Ermənistanla problemi
olmayacaqdı.
Fevralın 25-də Ermənistanla Rusiya arasında pisləşən münasibətlərin
müzakirə edildiyi proqramda Solovyov deyib:
“Bilirsiniz, 2008-ci ildə dayanmasaydıq, Ermənistanla
heç bir problem olmayacaqdı. Gürcüstan problemini həll etmiş
olsaydıq, Ermənistanla quru sərhədimiz olardı və orada həyat tamam
başqa olardı”.
“Nə Gürcüstanla, nə də Ermənistanla sərhəd olmazdı. Olması lazım
olan kimi də olacaq”, – onun həmkarı-təbliğatçısı
Marqarita Simonyan cavab verib və Solovyov bununla razılaşıb.
Son zamanlar Ermənistan getdikcə Rusiyadan uzaqlaşmağa çalışır.
Ermənistan bu yaxınlarda Rusiyanın yaratdığı müdafiə təşkilatı olan
KTMT-dəki üzvlüyünü dondurdu. Həmçinin Yerevan da Haaqa Məhkəməsinə
qoşulub. Bütün bu addımlar Moskvanın narazılığına səbəb olub.
Rusiya Xarici İşlər Nazirliyinin yaratdığı fond son hesabatında
rusiyalı ekspertlərin Ermənistan ətrafında “həyəcan”ını
açıqlayıb.
{{AUDIO}}