Sabiq prezident Donald Tramp Respublikaçıların Milli Qurultayında
ikinci dönəm prezidentliyə
planları haqda geniş nitq söyləyib. Öz çıxışında Tramp ərzaq
malları və yanacaq qiymətlərini ucuzlaşdırmağa, iş yerlərini
çoxaltmağa və sərhədləri möhkəmləndirməyə söz verib.
Respublikaçı namizəd Birləşmiş Ştatların “səriştəsiz rəhbərliyə”
malik olduğunu, inflyasiyanın insanların dolanışğına ağır təsir
göstəridiyni bildirmiş və Baydenin sərhəd siyasətini tənqid
etmişdir.
Respublikaçılar Milli Qurultayının yenilənmiş platforması Trampın
bir çox məsələlərdə baxışlarını əks etdirdiyi bir vaxtda sabiq
prezident partiyanın mahiyyətini formalaşdırmaqda davam edir.
Tramp bəyan edib ki, əgər seçicilər Konqresə nəzarəti
Respublikaçılara bəxş etsələr, onda qəti addımlarla vədləri yerinə
yetirəcəklər.
Qiymətləri endirmək üçün Tramp enerji daşıyıcılarının qiymətlərini
ucuzlaşdıracağını və bunun öz növbəsində nəqliyyat, istehsal, və
əmtəə mallarının qiymətlərinin ucuzlaşmasına gətirib çıxaracağını
qeyd edib.
Tramp həmçinin bildirib ki, Meksika və Çin kimi ölkələrdə avtomobil
zavodlarının tikintisinin qarşısnı almaq, vergi və tarif siyasətini
yenidən nəzərdən keçirməklə Amerikada iş yerlərini artıracaq.
"Onlar üçün Amerikada mal satmağlın yolu onu yalnız və yalnız
Amerikada istehsal etməkdən keçir," Tramp bildirib.
Respublikaçı namizəd mövcud administrasiyanın sərhəd siyasətini
tənqid edərək hakimiyyətinin “birinci günündə” sərhədi qeyri-qanuni
mühacirlərə bağlayacağını və ABŞ-ın Meksika ilə sərhədində divar
inşa edəcəyini bildirib.
O, həmçinin öz
platformasına uyğun olaraq ölkə tarixində ən iri
deportasiya əməliyyatına start veriləcəyini bildirir.
Demokratlar partiyasının qurultayı 19-22 avqustda Çikaqo şəhərində
keçiriləcək.
Partiyanın ehtimal olunan namizədi Co Bayden öz prezidentliyi
dönəmində iqtisadi artımı, işsizliyin azalmasını və səhm bazarının
yüksəlməsini əsas gətirib, Donald Trampı Amerika demokratiyasına
hədə kimi qiymətləndirib.
Seçki kampaniyasının kritik məqamında COVID-ə yoluxmuş Bayden bu
aralarda artan sayda Demokratlar tərəfindən sabiq prezident Donald
Trampa qarşı yarışı tərk etməyə çağırılırl.
Ötən günlərdə, partiya xadimləri, o cümlədən Nümayəndələr
Palatasında azlığın lideri Hakim Ceffris, Senatdakı çoxluğun lideri
Çak Şumer prezidentə deyiblər ki, onun noyabrda keçiriləcək
seçkiləri udmaq şansı azalır və mümkün məğlubiyyət partiyanın
Konqresin hər iki palatasına nəzarəti ələ keçirmək cəhdlərini puç
edə bilər.
Lakin 81 yaşlı namizəd seçkidən çıxacağna dair aydın işarə
verməyib.
“Mən göstərmişəm ki, bu ölkə üçün işlər görə bilirəm, hərçənd ki,
insanlara deyirdilər ki, biz bunu edə bilmərik,” o, BET News
telekanalına müsahibəsində bildirib. “Ancaq görülməli daha çox iş
var və mən bundan geri addımlamağa tərəddüd edirəm.”
Demokratların Milli Komitəsi 19 avqustda başlayacaq qurultaydan
öncə Baydenin nominasiyasını təsdiqləmək qərarını yubadıb, çünki
Demokratlar deyirlər ki, prezidentin yaşı ilə bağlı narahatlıqları
müzakirə etmək üçün əlavə vaxta ehtiyac var.