ABŞ-də bu ilin noyabrında keçiriləcək prezident seçkiləri ən
dramatik seçkilərdən biri kimi tarixə düşəcək və onun nəticəsi
Avropa üçün həlledici olacaq.
Bu fikirlər Çexiyanın xarici işlər naziri Yan Lipavskinin "X"
sosial şəbəkəsindəki paylaşımında yer alıb.
"Biz uzun müddətdir ki, ABŞ-da ən dramatik seçkilərdən
birini gözləyirik. Nəticə Avropa üçün həlledici olacaq və biz
hadisələrin istənilən inkişafına hazır olmalıyıq”, -
nazir yazıb.
Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
Donald Trampın namizədliyi Respublikaçılar Partiyasının iyulun
15-də başlayan və 4 gün davam edən milli qurultayında təsdiqlənib.
ABŞ Prezidenti Cozef Bayden isə prezidentlik yarışından geri
çəkilib. O, səlahiyyət müddətinin sonuna qədər vəzifəsində
qalacağını bildirib. Bundan sonra Bayden Demokratlar Partiyasından
ABŞ lideri postuna namizəd kimi Kamala Harrisi dəstəkləyib.
Namizədlə bağlı yekun qərar Demokrat Partiyasının avqustun 19-dan
22-dək Çikaqoda keçiriləcək qurultayında veriləcək.