Moskva vilayətindən olan 10 uşaq Şimali Osetiyada yoxa çıxıb.
SHOT "Telegram" kanalına istinadən xəbər verir ki, Rusiya Fövqəladə
Hallar Nazirliyinin əməkdaşları iki günlük axtarışlardan sonra
turist qrupunu Alaqirski rayonunda tapıblar.
Qrupda 10-u
14-17 yaş arası uşaq olmaqla, cəmi 12 nəfər olub.
Bildirilir ki, bütün qrup üzvləri özlərini yaxşı hiss edirlər və
onların təxliyəsi üçün lazımi işlər görülür.
məmbə: Oxu.az