Rusiyada “Azadlıq” radiosunun jurnalisti 6,5 il müddətinə azadlıqdan məhrum edilib

“Associated Press”in məlumatına görə, Rusiya məhkəməsi Rusiya ordusu haqqında yalan məlumat yaymaqda təqsirli bilinən “Azadlıq” radiosunun tatar-başqırd xidmətinin jurnalisti Alsu Kurmaşevanı altı il yarım müddətinə azadlıqdan məhrum edib.



Agentliyin məlumatına görə, məhkəmə iclası iyulun 19-da, gizli şəraitdə keçirilib.

“Associated Press” yazır ki, ABŞ və Rusiya vətəndaşlığı olan Kurmaşeva əri və iki uşağı ilə Praqada yaşayır.
O, 2023-cü ilin oktyabrında həbs edilib və Rusiya hərbçiləri haqqında məlumat toplayarkən xarici agent kimi qeydiyyatdan keçməməkdə ittiham olunub.

AP-nin məlumatına görə, daha sonra o, Ukraynadakı müharibə ilə bağlı Kremldən kənar hər hansı ictimai ifadəni faktiki olaraq cinayət hesab edən qanunvericiliyə əsasən, Rusiya ordusu haqqında "yalan məlumat" yaymaqda ittiham olunub.

Həmçinin iyulun 19-da Rusiyanın Yekaterinburq məhkəməsi “Wall Street Journal” qəzetinin jurnalisti Evan Qerşkoviçi casusluqda ittiham edərək 16 il müddətinə azadlıqdan məhrum edib.

Aprelin sonunda ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putini Alsu Kurmaşeva və Evan Qerşkoviçi azad etməyə çağırıb.

Baydenin sözlərinə görə, Qreşkoviç jurnalist və amerikalı olduğu üçün Rusiya hakimiyyətinin hədəfində olub.
Mənbə: Publika

 

Print Email
FaceBook Twitter Google