İran və Ermənistan 500 milyon dollarlıq silah müqaviləsi imzalayıb – Azərbaycan mediası
İran və Ermənistan 500 milyon dollarlıq gizli silah müqaviləsi imzalayıb. Bu barədə ordu.az məlumat yayıb. Sayt yazır ki, Yaxın Şərqdə yüksək rütbəli hərbi məmur olan mənbənin sözlərinə görə, Tehran İrəvanı kamikadze Pilotsuz Uçuş Aparatları (PUA) ilə təchiz edir.

"“Iran International” İranın Ermənistana tədarük edəcəyi hərbi məhsulların eksklüziv siyahısını əldə edib. Məlumata görə, müqaviləyə İrandan Ermənistana “Shahed 136”, “Shahed
129”, “Shahed 197” və “Mohajer” pilotsuz uçuş aparatları, eləcə də “Khordad-3”, “Majid”, “Khordad-15” və “Arman” raket sistemlərinin tədarükü daxildir.


Bundan başqa, məlumata görə, İran-Ermənistan hərbi əməkdaşlığı yalnız ölümsaçan dronların və raketlərin təminatından ibarət deyildir. Belə ki, İran-Ermənistan hərbi əməkdaşlığına kəşfiyyat orqanlarının qarşılıqlı əməkdaşlığı, sıx hərbi təlim və məşqlərin, hətta Ermənistan ərazisində hərbi bazaların da yaradılmasının daxil olduğu bildirilir",
– məlumatda deyilir.

Ordu.az xəbər verir ki, sözügedən razılaşma bir neçə müqaviləyə bölünüb və son bir neçə ayda imzalanıb.

Mənbə: ordu.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google