Necə ki, Qarabağa, Liviyaya girmişik, onlara da eynisini edəcəyik – Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün ölkəsinin Rizə bölgəsinə etdiyi səfər zamanı çıxışında maraqlı bəyanat səsləndirib.

Ərdoğan Türkiyənin müdafiə sənayesində gəldiyi nöqtəyə diqqət çəkib və güclü olmağın zəruruliyini qeyd edib. Onun fikrincə, "çox güclü olsaydı İsrailin Fələstinə etdiklərini edə bilməyəcək"di.

"Necə ki, Qarabağa, Liviyaya girmişik, onlara da eynisini edəcəyik. Edilməyəcək bir şey yoxdur. Yalnız biz
güclü olmalıyıq ki, bu addımları ata bilək. Əgər biz bu gün İsrailə qarşı ən sərt bəyanatı veririksə, onlarla bütün ticarətimizi kəsmişiksə, əlaqələrimizi kəsmişiksə... "

Ərdoğan bir daha Fələstin lideri Mahmud Abbası Türkiyəyə dəvət etdiklərini, lakin onun müsbət cavab verə bilmədiyini qeyd edib: "Növbəti prosesi buna uyğun aparacağıq".

Mənbə: apa.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google