Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş baş nazir və
eks-prezident Dmitri Medvedev
hesab edir ki, Gürcüstan prezidenti Salome Zurabişvili vəzifəsindən
uzaqlaşdırılmalı və həbs edilməlidir.
"Gürcüstanın marionet prezidenti seçkilərin
nəticələrini tanımaqdan imtina etdi və çevrilişə çağırış edərək
konstitusiyaya zidd getdi. Belə hallarda vəzifədən kənarlaşdırılma
və həbs standart təcrübədir", - Medvedev oktyabrın
28-də Platform X-da yazıb.
“Gürcü arzusu”nun nümayən
dələri də impiçment prosedurları üçün
müraciət etmiş Salome Zurabişvilinin tutduğu vəzifədən
uzaqlaşdırılmasının vacibliyindən danışırlar. Zurabişvilinin
səlahiyyət müddəti ilin sonunda başa çatır.
Elə həmin gün, oktyabrın 28-də Moskvada keçirilən mətbuat
konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib
ki, Rusiya Gürcüstan hakimiyyətinin nümayəndələri ilə əlaqələrin
genişləndirilməsi ilə bağlı mümkün təklifləri müzakirə etməyə
hazırdır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415