Cəmiyyətdə deyirdilər ki, “qız nədir, idman nədir”, - Gürcüstan çempionu Nurcan Nazarova
Bolnisidən olan 14 yaşlı Nurcan Nazarova iki ildir ki, kikboksinqlə məşğul olur.
O, keçirilən bir sıra turnirlərdə qələbələr qazanıb. Nurcan növbəti uğurunu Senakidə keçirilən yarışda əldə edib. O, 38.5 kq çəki dərəcəsində rəqibini məğlub edərək Gürcüstan birincisi adına layiq görülüb.

“Kikboksinqlə 2024-cü ildən məşğul olmağa başlamışam. Bir çox yarışda qalib gəlmişəm. Ümumilikdə 11 qələbəm var.
Mən bu idman növünə uşaqlıqdan maraq göstərirdim”.


Nurcanın sözlərinə görə, yaşadığı bölgədə qızların idmanla məşğul olmasına birmənalı yanaşmırlar. Lakin o, cəmiyyətdə mövcud olan stereotiplərə məhəl qoymayıb və öz hədəfinə doğru irəliləməyə davam edib.

“Burada idmanla məşğul olmağıma bir az pis baxırdılar. Anamın köməyi ilə yazıldım. Cəmiyyətdə heç kim idmanla məşğul olmağımı yaxşı qarşılamadı, amma mən onlara diqqət yetirmədim. Anamın sayəsində davam etdim. Özüm nə istədim, onu da əldə etdim. Ailəm mənə dəstək oldu. İnsanlar deyirdilər ki, “qız nədir, idman nədir, “oxumağına bax”, “heç nə əldə edə bilməyəcəksən”, “idmandan tez çıxacaqsan”, “qələbən olmayacaq”... Amma mən qatıldığım hər bir turnirdə qalib gəlmişəm, hələ ki, heç bir məğlubiyyətim yoxdur”, - Nurcan Nazarova bildirdi. 

Gənc idmançı, həmçinin Marneuli, Qardabani, Qaraçöp, Tbilisi və ümumilikdə Kvemo Kartli bölgəsində keçirilən kikboksinq turnirlərində birinci yerin sahibi olub. Onun şəxsi məşqçisi Şahin Bəxtiyarovdur.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google