Quram Kaşia milliyə vida edir — 129-cu oyun sonuncu olacaq
Gürcüstan milli komandasının kapitanı Qurama Kaşia 38 yaşında 17 illik milli komanda karyerasını başa vurduğunu elan edib. Futbolçu bildirib ki, iyun ayında Rumıniya ilə keçiriləcək yoldaşlıq oyununda Gürcüstan formasını son dəfə geyinəcək — bu, onun 129-cu və son milli komanda çıxışı olacaq.

"Bu qərarı Gürcüstan millisinin azarkeşlərinə, tərəfdarlarıma və bütün ölkəyə şəxsən çatdırmaq istədim. 38
yaşımda vaxt gəldi ki, sizə təşəkkür edim və 17 illik milli komanda karyeramın sona çatdığını bildirim,"
— deyə Kaşia açıqlama verib.

Kaşia komanda ilə birlikdə əldə etdiyi ən böyük nailiyyəti — Avropa çempionatına vəsiqə qazanmağı xüsusilə vurğulayır və bunu bütün ölkənin böyük xülyası adlandırır. "Bu yolda qazandığım hər an mənim üçün tarixdən də böyükdür," — deyə o bildirib.

Milli komandasının baş məşqçisi Villi Saniol Kaşianı gürcü futbolu üçün "monumental şəxsiyyət" adlandırıb və Caba Kankavadan sonra kapitan seçiminin onun üçün ən asan qərar olduğunu qeyd edib.

"Həyatın bir hissəsi tamamlandıqda, mütləq yeni bir şey başlayır. Sənə gələcəkdə ən xeyirli arzular," — deyə Saniol əlavə edib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google