Gürcüstan Milli komandasının üzvü olan Marneulili idmançı İlmaz
Mikayılov İtaliyada keçirilən Wushu Sanda (uşu-sanda) üzrə
beynəlxalq
yarışda uğurla çıxış edərək qızıl medal qazanıb.
İdmançı 52 kq çəki dərəcəsində 15-17 yaş kateqoriyasında keçirilən
yarışda Rumıniya və Türkiyə idmançılarını məğlub edib və fəxri
kürsünün ən yüksək pilləsinə qalxıb.
2008-ci il təvəllüdlü İ. Mikayılov 2018-ci ildən etibarən idmanla
məşğul
olur. Onun şəxsi məşqçiləri Faiq Məmmədov və Muşviq
Əliyevdir.
İdmançı 2024-cü ildə budo üzrə Dünya Kubokunun qalibi olub, 2025-ci
ildə isə Kutaisi Open turnirində Wushu Sanda üzrə 1-ci yeri
qazanıb. Həmçinin həmin il Gürcüstan çempionu adına layiq
görülüb.
2026-cı ildən milli komandanın üzvü olan İ. Mikayılov İtaliyada
keçirilən beynəlxalq uşu-sanda turnirində ölkəsini uğurla təmsil
edib.
Qeyd edək ki, İtaliyada keçirilən 17-ci beynəlxalq uşu turnirində
Gürcüstan milli komandası ümumilikdə 9 qızıl və 4 gümüş medal
qazanıb. Komanda üzvləri müxtəlif kateqoriyalarda yüksək nəticələr
əldə ediblər.
Yekun nəticələr:
- Nikoloz Nutsubidze – 2 qızıl medal
- Qiorqi Qermanozaşvili – 2 qızıl və 1 gümüş
medal
- Qiorqi Oniani – 2 qızıl və 1 gümüş medal
- Davit Davitaşvili – 1 qızıl medal
- Qiorqi Barbakadze – 1 qızıl medal
- İlmaz Mikaylov – 1 qızıl medal
- Maksim Çxvimiani – 1 gümüş medal
- Serqo Alfaidze – 1 gümüş medal
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.