Marneulili idmançı Tofiq Əkbərovun 2018-ci ilin qısa idman hesabatı
WFMC Gürcüstan Döyüş İdmanları Mərkəzi olaraq 2018-ci ildə ölkədaxili və xarici yarışlar çərçivəsində bir çox mötəbər yarışların və proqramların iştirakçısı olmuşuq.

05.01.2018-ci ildə Türkiyənin Samsun şəhərində peşəkarlar arasında yarışa dörd idmançı ilə qatılmışıq və iki idmançımız qələbə ilə vətənə qayıdıbdır.

06-07 aprel tarixlərində Qardabanidə təşkil etdiyimiz beynəlxalq yarışda dörd ölkədən 250 idmançı iştirak etmişdir.
Bu yarış çərçivəsində hakimlər arası maarifləndirici seminar keçirilmişdir.

14 apreldə Almaniyanın Haiger şəhərində " King of the Ring" peşəkar yarışında təşkilatımızın üzvü İsfahan Əliyev 62.5 kiloqram çəki dərəcəsində çıxdığı döyüşdə rəqibini məğlub edərək WFMC-Avropa kəmərini qazanmışdır
İsfahan Əliyevin qazandığı bu nəticə federasiya və idman nazirliyi tərəfindən qeydə alınmışdır.
Həmçinin, bu nəticə Gürcüstan Azərbaycanlı idmançılar arasında ilk rəsmi kəmər kimi də tarixə düşmüşdür.

WFMC yığması olaraq iyul-avqust aylarında Tetritskaro rayonunda təlim məşqlərdə olmuşuq, yarışlara xüsusi proqramlarla hazırlaşmışıq.

06 oktyabr tarixində daha iki idmançımız Almaniya Wendendə təşkil edilən peşəkarlar arası "Energy Fight" yarışında iştirak ediblər

26-28 oktyabr tarixlərində WFMC-Gürcüstan yığması olaraq Almaniya Nordhornda WFMC dünya çempionatında iştirak etmişik və idmançılarımızdan Emzar Nuriyev 57 kiloqramda dünya çempionu olmuşdur.

Oktyabr ayında Algetidəki yenilənmiş idman zalımız istifadəyə verilibdir.
Gürcüstan daxilində bir çox rayonlarda təmsilçiliklərimiz mövcuddur, həmçinin növbəti ildə bu təmsilçiləri daha da genişləndirməyi düşünürük

Növbəti gələcək ildə planlanmış bir neçə daxili və xarici yarışlarda iştirakımız gözlənilir.
Mən təşkilatın sədri olaraq bütün idmançılarımıza və məşqçilərimizə gələcək illərdə yeni-yeni uğurlar arzulayıram.

Print Email
FaceBook Twitter Google