Marneulidə 20 idman növü üzrə 62 məşqçi fəaliyyət göstərir
“Marneuli
Bələdiyyəsi İdman Məktəbi” 20 idman növü üzrə fəaliyyət göstərir
ki, bunlar da 78 qrupa bölünüb.
Marneulili uşaqlar cüdo, gürcü güləşi, sərbəst güləş,
ağırlıqqaldırma, qol güləşi, boks, kikboksinq, taekvando, təkan
üstə tullanma, bədii gimnastika, idman akrobatikası, basketbol,
futbol, reqbi, oxçuluq, şahmat, sambo, voleybol, azyaşlılar üçün
cüdo və ciu-citsu ilə məşğul ola bilərlər.
“Marneuli Bələdiyyəsi İdman Məktəbi”ndə ümumilikdə 80 nəfər çalışır
ki, onlardan da 62 nəfəryuxarıda qeyd olunan idman növləri üzrə
məşqçilərdir.
Marneulidə ən çox məşqçi cüdo, boks və futbol sahəsindədir. Cüdo
üzrə 11, boks üzrə 13, futbol üzrə isə 10 məşqçi fəaliyyət
göstərir.
Məşqçilərin əməkhaqqı 600-dən 900 lariyədək dəyişir. İdman
məktəbinin direktorunun maaşı isə 1900 laridir. “Marneuli
Bələdiyyəsi İdman Məktəbi”nin əməkdaşlarının əməkhaqq üçün hər ay
Marneuli büdcəsindən 57 900 lari xərclənir.