Gürcüstan Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirində 13 cüdoçu ilə təmsil olunacaq
Cüdo
üzrə Gürcüstan yığmasının mayın 10-12-də Bakıda keçiriləcək “Böyük
dəbilqə” turniri üçün heyəti açıqlanıb.
"Marneuli" Radiosu AZƏRTAC-a istinadən xəbər verir ki, yarışda
Gürcüstandan 11 kişi və 2 qadın cüdoçu mübarizə aparacaq.
Gürcüstan yığmasının heyətində bu il keçirilmiş “Böyük dəbilqə” və
Qran-Pri yarışlarının mükafatçıları da yer alıblar.
İndiyədək 63 ölkədən 560-dan çox idmançı Bakı turnirinə
qatılacağını təsdiqləyib.