Tbilisidə "Muaytay" üzrə Beynəlxalq turnir keçirilib
Gürcüstanın paytaxtı Tbilisidə "Muaytay" üzrə Beynəlxalq turnir keçirilib. Turnir 19, 20, 21 aprel tarixində "Muaytay" və "Savate" federasiyasının təşkilatçılığı ilə baş tutub. Turnirdə Gürcüstan, Azərbaycan, Qazaxıstan, Özbəkistan, İran və Ermənistan idmançıları iştirak edib. 200-ə yaxın idmaçının iştirak etdiyi yarışa Marneuli idmançıları da qatılıblar.

Bu haqda məlumatı "Marneuli" radiosu ilə söhbəti zamanı "Muaytay" və "Savate" federasiyasının vitse-prezidenti Faiq Məmmədov dedi. Onun sözlərinə görə Marneulidən yarışa üç idmançı qatılmışdı. Yarışda Marneulidən olan idmançı Oqtay Mirzəyev bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Marneuli təmsilçiləri Eldar Qədimov ikinci, Rəvan Əkbərov isə üçüncü yerə layiq görülülüb.

Onu da əlavə edək ki, turnirdə komanda hesabı ilə birinci yerə Gürcüstan, ikinci yerə Ermənistan, üçüncü yerə isə Azərbaycan komandası layiq görülmüşdür. Qazaxıstan və Özbəkistan komandaları 4-cü və 5-ci yerləri bölüşüblər. İran idmançıları isə 6-cı yerdə qərarlaşıblar.

Print Email
FaceBook Twitter Google