Marneulili idmançı Tbilisidə keçirilən beynəlxalq turnirdə iştirak edib
Marneulili idmançı Təbriz Bağmanov 24 aprel tarixində Tbilisidə keçirilən beynəlxalq turnirdə iştirak edib. O, MMA (Qarışıq Döyüş Növləri) peşəkar kəmər uğrunda mübarizədə Azərbaycan idmançısına qalib gələrək kəmərə sahib olub.

Bu haqda məlumatı idmançı Təbriz Bağmanov özü verdi. Onun sözlərinə görə, 62 çəki dərəcəsində yarışa qatılıb. Həmin turnirdə Gürcüstan, Azərbaycan, Ermənistan, Rusiya, İran və digər ölkələrdən qatılan idmançılar da iştirak edirdilər.

Onu da əlavə edək ki, Təbriz Bağmanov 2016-cı ildə Bakıda keçirilən "Alpaqut MMA" üzrə Azərbaycan çempionatına qatılaraq Azərbaycan kubokuna sahib olmuşdu. Elə həmin il Azərbaycanda keçirilən Braziliya jiu-jitsu idman növü üzrə yarışa da qatılaraq Azərbaycan çempionu adını qazanmışdır. 2018-ci ildə isə Gürcüstanda keçirilən GRAPPLİNG üzrə beynəlxalq turnirdə də iştirak edərək bu yarışda da qalib gəlmişdi.

Print Email
FaceBook Twitter Google