Marneulili idmançılar Tbilisidə keçirilən çempionatda iştirak edirlər (VİDEO)
24-26 may tarixində Tbilisi şəhərində keçirilən açıq Gürcüstan çempionatında Marneulili idmançılar da iştirak edirlər. Bu haqda məlumatı "Marneuli" Radiosu ilə söhbəti zamanı məşqçi Tofiq Əkbərov dedi. Onun sözlərinə görə, Gürcüstan Taiboksinq, Kikboksinq Milli federasiyasının təşkil etdiyi yarışa Marneulinin "Gorarxı" idman klubunun idmançıları uğurla başlayıblar.

Əkbərovun dediyinə görə, 38.5 kq çəki dərəcəsində yarışda iştirak edən Fərid Ocaqverdiyev bütün rəqiblərinə qalib gələrək finala yüksəlmişdir. Çempionatda iştirak edən digər idmançı 28 kq çəki dərəcəsində mübarizə aparan Cahandar Əsgərov isə yarımfinala qədər yüksələrək, üçüncü yerə layiq görülmüşdür.

Onu da bildirdi ki, idmançıların qazandıqları nəticələr Marneuli rayonu üzrə Taiboksinq idman növündə rəsmi olaraq bir ilkdir.

Məşqçi Tofiq Əkbərov idmançıların hazırlğı və yarış fəaliyyətlərindən razı olduğunu qeyd edərək, gələcəkdə ölkə və beynəlxalq yarışlarda yaxşı nəticələr göstərəcəklərindən ümidvar olduğunu bildirdi.

Print Email
FaceBook Twitter Google