Marneulili idmançı İranda qara kəmərə layiq görülüb (FOTO)
Marneulili idmançı, məşqçi "Muaytay" və
"Savate" federasiyasının vitse-prezidenti Faiq Məmmədov İranda
Kyokshing Karate üzrə 6-cı dan qara kəmərə layiq
görülüb.
Bu
haqda məlumatı Məmmədov özü şəxsi "Facebook" səhifəsində
yayımlayıb.
O, bildirib ki, ona 6-cı dan qara kəmər Gürcüstanda əlbəyaxa döyüş
növlərini təbliğ etdiyinə görə verilib.
Məmmədov idmançıları onların federasiyasına qoşulmağa və dünya
arenalarında iştirak etməyə də çağırıb.