Marneulili idmançılar Tbilisi şəhərində keçiriləcək “Dünya Çempionat”ına hazırlaşırlar
Marneulili idmançılar 1-3 noyabr tarixində Tbilisi şəhərində keçiriləcək “Dünya Çempionat”ında iştirak edəcəklər. Bu haqda məlumatı “Marneuli” radiosu ilə söhbəti zamanı “Sayokan” federasiyasının prezidenti Faiq Məmmədov verdi.

Onun sözlərinə görə, yarış Kikboks, Tayboks və Sayokan döyüş növləri üzrə keçiriləcək. Bu yarışlara Marneulidən iki idman klubu qatılacaq.

"Bu klublardan biri mənimdir. Digəri isə Röyal Qarabağlıya aiddir. Mənim idman klubumdan beş idmançı qatılacaq",
– Faiq Məmmədov dedi.

Onun sözlərinə görə, onun təşkilatçılığı ilə ilk dəfə Sayokan döyüş növü üzrə Avropa çempionatı keçiriləcək.

F. Məmmədov onu da əlavə etdi ki, bu çempionatda iştirak etmək istəyən federasiyalar öz döyüş növlərini sala bilər.

Tbilisidə keçiriləcək yarışda Gürcüstanla yanaşı Azərbaycan, Türkiyə, İran, İraq və Ermənistan idmançıları da iştirak edəcəklər.

Print Email
FaceBook Twitter Google