Marneulili idmançılar Tbilisidə keçirilən çempionatda iştirak ediblər
Marneulili idmançılar 1-3 noyabr tarixində
Tbilisi şəhərində keçirilən “Dünya Çempionat”ında iştirak
ediblər.
Bu
haqda məlumatı “Marneuli” radiosu ilə söhbəti zamanı “Sayokan”
federasiyasının prezidenti Faiq Məmmədov verdi.
Onun sözlərinə görə, yarış Kikboks, Tayboks və Sayokan döyüş
növləri üzrə keçirildi. Bu yarışlara Marneulidən iki idman klubu
qatılmışdır.
"Bu klublardan biri mənimdir. Digəri isə Röyal
Qarabağlıya aiddir. Mənim idman klubumdan beş idmançı qatılmışdır.
Onlardan Elmar Məmmədov, Araz Şıxıyev və Tərxan İsmayılov birinci
yerə, İlkin Şıxıyev və Altun Əsgərov isə ikinci yerə layiq
görüldülər. Digər idman klubundan olan üç idmançı isə birinci yerə
çıxaraq, qara kəmər qazandılar", – Faiq Məmmədov
dedi.
Onun sözlərinə görə, onun təşkilatçılığı ilə ilk dəfə Sayokan döyüş
növü üzrə Avropa çempionatı keçirildi.
F. Məmmədov onu da əlavə etdi ki, dünya arenalarında iştirak etmək
istəyən idmançılar onların idman klublarına qoşularaq iştirak edə
bilərlər.
Tbilisidə keçiriləcək yarışda Gürcüstanla yanaşı Azərbaycan,
Türkiyə, İran, İraq, Ukraina və Ermənistan idmançıları da iştirak
edirdilər.