Gürcüstanlı idmançıları Turan döyüş sənəti üzrə ikinci dünya çempionatında iştirak edəcəklər
Gürcüstanlı idmançıları 22-24 noyabr
tarixlərində Bakıda keçiriləcək “Alpaqut” Turan döyüş sənəti üzrə
ikinci dünya çempionatında iştirak edəcəklər.
Bu
haqda məlumatı “Marneuli” radiosu ilə söhbəti zamanı “Sayokan”
federasiyasının prezidenti Faiq Məmmədov verdi.
Onun sözlərinə görə, çempionata Gürcüstanın “Muaytay”, “Savate” və
“Sayokan” federasiyalarını təmsil edən 17 idmançı qatılacaq.
"Bakıda keçiriləcək yarışda Marneulidən bir idmançı
iştirak edəcək. O, 47 kq çəki dərəcəsində yarışacaq Eldar
Qədimovdur. Digər 16 idmançı isə Tbilisidəndir. Bakıda keçiriləcək
çempionata ümumilikdə 21 nəfər qatılacaq. Ümid edirik ki, bu il də
vətənə qələbə ilə qayıdacağıq", – Faiq Məmmədov
dedi.
Faiq Məmmədov onu da əlavə etdi ki, 2018-ci ildə Bakıda keçiriləcək
“Alpaqut” Turan döyüş sənəti üzrə birinci dünya çempionatında
Gürcüstan idmançıları vətənə dünya çempionu olaraq qayıtdılar.
"Qələbə ilə qayıdanlar arasında Marneulili idmançılarda
var idi. Çox təəssüflər olsun ki, o zaman Marneulidən olan
idmançılara meriya tərəfindən heç bir mükafat
verilmədi", – Faiq Məmmədov dedi.
Xatırladaq ki, yarış döyüş sənətinə daxil olan beş - Aypara, Batur,
Caymaz, Qurşaq və Kaçut sistemləri üzrə təşkil olunacaq.
İyirmi ölkədən idmançıların mübarizə aparacağı yarışın açılış
mərasimi noyabrın 22-də saat 16:00-da “Sərhədçi” İdman Olimpiya
Mərkəzində başlayacaq.