Marneulili idmançılar Muaytay üzrə “Beynəlxalq turnir”də iştirak edəcəklər
Marneulili idmançılar 14-15 dekabr tarixində Tbilisi şəhərində keçiriləcək Muaytay üzrə “Beynəlxalq turnir”də iştirak edəcəklər. Bu haqda məlumatı “Marneuli” radiosu ilə söhbəti zamanı “Sayokan” federasiyasının prezidenti Faiq Məmmədov verdi.

Onun sözlərinə görə, yarış Kikboks və Tayboks döyüş növləri üzrə keçiriləcək. Bu yarışlara Marneulidən üç idman klubu qatılacaq.

"Bu klublardan biri mənimdir. Digəri isə Röyal Qarabağlıya və Roman Orucova məxsusdur. Ümumilikdə Marneulidə fəaliyyət göstərən idman klublarından 25 idmançı qatılacaq. Tbilisi, Rustavi, Qardabani və digər bölgələrdən də idmançılar iştirak edəcəklər", – Faiq Məmmədov dedi.

Onun sözlərinə görə, Muaytay üzrə “Beynəlxalq turnir”i “Gürcüstan Muaytay Federasiyası”nın təşkilatçılığı ilə baş tutacaq.

Onu da əlavə edək ki, paytaxt Tbilisi şəhərində Muaytay üzrə “Beynəlxalq turnir”də 6 ölkə - Gürcüstan, Azərbaycan, İran, Ukraina, Rusiya və Ermənistan idmançıları iştirak edəcəklər.

Print Email
FaceBook Twitter Google