Gürcüstanlı tennisçi beynəlxalq turnirin qalibi oldu
Gürcüstanın bir nömrəli tennisçisi Nikoloz Basilaşvili Dohada keçirilən ATP-250 turnirinin qalibi olub.

Finalda onun rəqibi ispaniyalı tennisçi Roberto Bautista Aquta olub.

Qarşılaşma 7:6 (5), 6:2 hesabı ilə N.Basilaşvilinin xeyrinə nəticələnib.

Matç 1 saat 30 dəqiqə davam edib.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili tennisçini qələbə münasibətilə təbrik edib.

Qeyd edək ki, Gürcüstan təmsilçisi turnirdə dünyanın ən yaxşı tennisçisi Rocer Federerə qalib gəlib. Bu, tennis oyunu tarixinə sensasiya kimi düşüb.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google