Tbilisidə Azərbaycan və Gürcüstanın kişi voleybolçulardan ibarət
milli komandaları arasında yoldaşlıq görüşü keçirilib.
Görüş Gürcüstanda Azərbaycanın ulu öndəri Heydər Əliyevin anadan
olmasının 98-ci ildönümünə həsr olunan tədbirlər çərçivəsində
təşkil edilib.
Qarşılaşmanı Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev,
səfirlik əməkdaşları və hər iki ölkənin federasiya nümayəndələri
izləyiblər.
Yoldaşlıq görüşü 3:0 hesabı ilə Azərbaycanın xeyrinə
nəticələnib.
Yekunda komanda kapitanlarına kuboklar, üzvlərinə isə sertifikatlar
təqdim olunub.
Qeyd edək ki, Azərbaycan millisi Gürcüstanda 2021-ci il Avropa
çempionatının seçmə mərhələsində oyunlar keçirib. Komanda
Gürcüstanla qarşılaşmada 3:0 hesabı ilə qalib gəlib.
Mənbə: report.az