Azərbaycan yığmasında perspektivli voleybolçular var – GVF prezidenti
“Azərbaycan milli komandası gənc və perspektivli kişi voleybolçularla komplektləşdirilib”.

Bunu açıqlamasında Gürcüstanın Voleybol Federasiyasının (GVF) prezidenti İrakli Çaçua deyib.

Çaçua bildirib ki, Azərbaycan yığması Gürcüstanda keçirdiyi Avropa çempionatının seçmə oyunlarında yaxşı təcrübə qazanıb: “Bu, azərbaycanlı voleybolçuların gələcəkdə də uğurlu nəticələr əldə edəcəklərinə böyük ümidlər verir”.

GVF prezidenti Azərbaycanın Voleybol Federasiyası ilə çox sıx əməkdaşlığın olduğunu da sözlərinə əlavə edib.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google