Tbilisidə pauerliftinq üzrə paralimpiyaçılar arasında Dünya Kuboku yarışı keçirilir
Paytaxtı Tbilisidə pauerliftinq üzrə paralimpiyaçılar arasında Dünya Kuboku davam edir.

Yarışda iştirak edən Azərbaycan təmsilçisi Elşən Hüseynov 107 kq çəki dərəcəsində birinci yeri tutub.

İkinci və üçüncü yerləri özbək idmançı Nuriddin Davlatov və Gürcüstan təmsilçisi Akaki Cinçaradze paylaşıblar.

Digər ağırlıq qaldıran Şamo Aslanov isə 107 kq-dan yuxarı çəki dərəcəsində qızıl medal qazanıb, II yeri kolumbiyalı Con Kastaneda Velasquez, III yeri isə gürcü idmançı Qiorqi Latsabidze tutub.

Yarışlara sabah 24 may tarixində yekun vurulacaq.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google