Mayın 26-dan 28-dək Marneuli şəhərində yerləşən “AtaHoldinq” idman
kompleksində kikboksinq üzrə yeniyetmə və gənclər arasında dostluq
turniri keçiriləcək.
Bu barədə "Marneuli" radiosuna Azərbaycanın Gürcüstandakı
səfirliyindən məlumat verilib.
Bildirilib ki, səfirliyin təşəbbüsü ilə təşkil olunan turnir
Gürcüstanın Müstəqilliyi Gününə və Azərbaycanın Respublika Gününə
həsr olunacaq. Turnirdə Gürcüstanın 18 şəhərindən 15 çəki
kateqoriyası üzrə 150 idmançı iştirak edəcək.
Turnirin açılış mərasimi mayın 26-da ilk Gürcüstan Demokratik
Respublikasının, final qarşılaşmaları və mükafatlandırma mərasimi
isə mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi
tarixdə keçiriləcək. Mayın 28-də, həmçinin 28 May-Respublika Gününə
həsr olunan konsert olacaq.