Gürcüstanın
"Dinamo" (Tbilisi) komandasının yeni
baş məşqçisi bəlli olub.
Bu vəzifəyə Kaxaber Sxadadze gətirilib.
Rəsmi müqavilənin yaxın günlərdə imzalanacağı bildirilib.
Qeyd edək ki, Kaxaber Tsxadadze 2008-ci ildə Bakının
"Standard", 2009 - 2014-cü illərdə isə
"İnter" komandalarının baş məşqçisi olub. O, son
olaraq Qazaxıstanın "Ordabaşı" komandasına rəhbərlik edib.
Mənbə: report.az