Kaxaber Sxadadzenin yeni klubu bəlli oldu
Gürcüstanın "Dinamo" (Tbilisi) komandasının yeni baş məşqçisi bəlli olub.

Bu vəzifəyə Kaxaber Sxadadze gətirilib.

Rəsmi müqavilənin yaxın günlərdə imzalanacağı bildirilib.

Qeyd edək ki, Kaxaber Tsxadadze 2008-ci ildə Bakının "Standard", 2009 - 2014-cü illərdə isə "İnter" komandalarının baş məşqçisi olub. O, son olaraq Qazaxıstanın "Ordabaşı" komandasına rəhbərlik edib.

Mənbə: report.az
Print