Marneulili idmançılar 4-6 iyun tarixlərində Batumidə keçirilən
Taekvondo üzrə Gürcüstan Çempionatından medallarla qayıdıblar.
İdmançılar 1 qızıl, 3 gümüş və 8 bürünc medal qazanıblar.
Bu barədə “Marneuli” radiosu ilə söhbəti zamanı idmançı və məşqçi
Müşfiq Əliyev məlumat verdi. Onun sözlərinə görə, yarışda 20
idmançı iştirak edirdi. Onlardan 12 nəfəri qələbə qazanıb.
“Yarışda Marneulini bir komanda təmsil edirdi. Turnirə
20 idmançı ilə qoşulmuşduq. Mənim, Samir Bediyevin və Zaza
Umprianinin idmançıları idi. Çox sevinirəm ki, mənim yetirmələrim
bu yarışdan medalla qayıtdılar. Biz çalışacağıq ki, daha böyük
uğurlara imza ataq”, – Müşfiq Əliyev dedi.
Qeyd edək ki, Müşfiq Əliyev və Samir Bediyev Karate və Kik-boks
federasiyasının prezidenti Faiq Məmmədovun yetirmələridir.
Medal qazanan idmançıların siyahısı:
- Tərxan Kərimov (36 kq) - I yer
- Nikoloz Kvançiani (27 kq) - II yer
- Eldəniz Novruzov (36 kq) - II yer
- Nurxan Abbasov (78 kq) - II yer
- Amil Keşkəlov (27 kq) - III yer
- Savet Allahverdiyev (37 kq) - III yer
- Onur Bediyev (40 kq) - III yer
- Rəvan Pələngov (44 kq) - III yer
- İsmət Əzizbəyov (49 kq) - III yer
- Tuncay Nəcəfov (45 kq) - III yer
- Elgün Ayvazov (63 kq) - III yer
- Ramazan Abdullayev (74 kq) - III yer