Bağdati şəhərində sərbəst güləş üzrə respublika turniri keçirilib
11-13 iyun tarixində Gürcüstanın Bağdati şəhərində sərbəst güləş üzrə “Dünya çempionu Levan Ebanoidze və Gürcüstanın Əməkdar məşqçisi Avtandil Qurqenidze adına yeniyetmələr və gənclər arasında respublika turniri” keçirilib. Turnirə Marneulidən 5 idmançı qatılıb. Onlardan ikisi Marneuliyə medalla qayıdıblar. Bu barədə “Marneuli” radiosu ilə söhbəti zamanı Araflı güləş məktəbinin məşqçisi Vaqif Fərəcov məlumat verdi. Onun sözlərinə görə, o, yarışa bir idmançısını, 48 kq çəki dərəcəsində Qurban Əliyevi göndərib. O, da üçüncü yerə layiq görülüb.

Vaqif Fərəcovun dediyinə görə, o tələbəsini Marneuli bələdiyyəsinin idman məktəbinin idmançıları ilə birlikdə, Şahvələd Aşiqovun rəhbərliyi altında göndərib.

Məşqçinin bildirdiyinə görə, digər medal qazanan idmançı isə 26 kq çəki dərəcəsində mübarizə aparan Ruslan Qocayevdir. O, da Vaxtanq Nariaşvilinin tələbəsidir. Ruslan Qocayev finalda məğlub olaraq ikinci yeri qazanıb.

Print Email
FaceBook Twitter Google