“Marneuli” radiosu İdman Jurnalistikası Günü ilə əlaqədar olaraq sertifikata layiq görüldü (FOTO)
Hər il iyulun 2-si İdman Jurnalistikası Günü kimi qeyd edilir. Bu gün münasibəti ilə Marneulidə “Gürcüstan Azərbaycanlı İdmançılar Birliyi” tərəfindən tədbir keçirildi.

Birliyin üzvü Atif Abbasov tədbiri giriş sözü ilə açaraq idman sahəsində olan problemləri, tədbirləri və yarışları işıqlandırdıqlarına görə, media nümayəndələrinə təşkilat adından təşəkkürünü bildirdi. O, qeyd etdi ki, “Gürcüstan Azərbaycanlı İdmançılar Birliyi” yeni yaranmasına baxmayaraq, bölgədə idman sahəsinin inkişafı üçün var gücləri ilə çalışır.

Atif Abbasov bildirdi ki, İdman Jurnalistikası Günü ilə əlaqədar olaraq Marneulidə fəaliyyət göstərən media təşkilatları da yaddan çıxarmayıblar. Buna görə də təşkilat tərəfindən media qurumlarına və əməkdaşlarına, o cümlədən “Marneuli” radiosuna sertifikat təqdim olundu.

O, qeyd etdi ki, “Marneuli” radiosu hər zaman idman sahəsinə xüsusi diqqət ayırır və buna görə də bu diqqətdən kənarda qalmamalıdır. Bununla yanaşı radionun əməkdaşı Amil Məmmədova da idman sahəsində baş verən yenilikləri ictimaiyyətə çatdırdığı üçün sertifikat təqdim olundu.

“Gürcüstan Azərbaycanlı İdmançılar Birliyi” tərəfindən digər media qurumları olan 24news.ge, interpress.ge və aktual.ge də sertifikata layiq görüldülər.

Tədbirdə iştirak edən jurnalistlər birliyə öz təşəkkürlərini bildirdilər və onlara işlərində uğurlar arzu etdilər.

Bugünkü tədbirdə Marneulidə fəaliyyət göstərən media nümayəndələri, birliyin üzvləri və idmançılar iştirak edirdilər.

Qeyd edək ki, həmin gün 1924-cü ildə Parisdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (İnternational Sports Press Association - AIPS) təsis edilib. Hazırda dünyanın 130 dövlətinin idman jurnalistlərinin milli birlikləri bu assosiasiyanın üzvləridir.

İdman Jurnalistikası Günündə AIPS və idman jurnalistlərinin milli assosiasiyaları təntənəli yığıncaqlar keçirir, idman sahəsində kütləvi informasiya vasitələrinin ən yaxşı nümayəndələrinə mükafatlar təqdim edilir.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google