Gürcüstanın paytaxtı Tbilisidə
“Dinamo” və
“Neftçi” komandaları arasında iyulun 7-də
keçiriləcək
UEFA Çempionlar Liqasının I təsnifat
mərhələsinin ilk oyununda
“Dinamo Arena”nın
təxminən 40 faizi azarkeşlərlə dolacaq.
Bu barədə
“Dinamo”-nun Media meneceri
İrakli Buxali məlumat verib.
Onun sözlərinə görə, pandemiya ilə əlaqədar bütün azarkeşlərdən
qoruyucu maskadan istifadə tələb olunacaq və tribunalarda onların
arasında bir boş oturacaq olacaq.
İ.Buxali bildirib ki, hər iki komandanın rəsmi fan-klubları
stadiona buraxılmayacaq:
“Bu, UEFA-nın
müəyyənləşdirdiyi qaydadır. Matça yalnız bileti olan azarkeşlər
buraxılacaqlar”.
Qarşılaşmaya biletlər bu gün saat 12:00-dan etibarən
www.tkt.ge və
www.biletebi.ge
saytlarında satışa çıxarılıb. Biletləri sabah saat 15:00-dan
stadionun kassalarından da əldə etmək mümkün olacaq. Qiymət 5 - 20
lari arasında dəyişir.
Qeyd edək ki, Boris Payçadze adına
“Dinamo
Arena”da gerçəkləşəcək qarşılaşma 7 iyul saat 20:00-da
start götürəcək.
Mənbə: report.az