Tbilisinin "Dinamo" klubu heyətinə iki yeni oyunçu tranfer edib
Gürcüstanın "Dinamo" (Tbilisi) klubu "Neftçi"yə qarşı UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunları öncəsi heyətini yeni futbolçularla gücləndirib.

"Lelo" nəşri xəbər verir ki, Tbilisi təmsilçisi qanalı oyunçular Devid Mavutor və Barns Oseylə anlaşıb. Hər iki yarımmüdafiəçi tibbi müayinədən keçdikdən sonra onlarla rəsmi müqavilə imzalanacaq.

Mavutorun son klubu Polşa "Visla"sı olub. Osey isə son olaraq Kiprin "Nea Salamina" komandasında çıxış edib.

Qeyd edək ki, "Dinamo" və "Neftçi" arasında ilk oyun iyulun 7-si saat 20:00-da Boris Payçadze adına “Dinamo Arena”da, cavab görüşü isə 1 həftə sonra saat 21:00-da Bakı şəhərində yeriləşən “Bakcell Arena”da keçiriləcək.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google