"Dinamo"nun kapitanı: "Neftçi" ilə oyun çətin keçəcək"
"Baş məşqçimiz bizi rəqib komandanın oyun üslubu və hər bir futbolçusu ilə tanış edib".

Bunu Gürcüstanın "Dinamo" komandasının kapitanı Giorgi Papava evdə "Neftçi" ilə keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

28 yaşlı yarımmüdafiəçi oyunun çətin keçəcəyini bildirib: "Nəticəni indidən demək olmaz. Hər şeyi meydanda görəcəyik".

Qeyd edək ki, iyulun 7-də Boris Payçadze adına "Dinamo Arena"da keçiriləcək oyun saat 21:00-da başlanacaq.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google