"Neftçi" "Dinamo"ya səfərdə qalib gəldi
Azərbaycanın "Neftçi" komandası Gürcüstanın paytaxtı Tbilisidə "Dinamo" ilə keçirdiyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda qalib gəlib.

Boris Payçadze adına "Dinamo Arena"da təşkil olunmuş qarşılaşmada Azərbaycan klubu 2:1 hesablı qələbə qazanıb.

İlk qol 23-cü dəqiqədə, "Neftçi"nin hücumçusu Namik Ələskərov vurub.

Bundan sonra hücumların sayını artıran "Dinamo" komandası 36-cı dəqiqədə hesabı bərabərləşdiriblər. Serbiyalı hücumçu cərimə meydançasının çölündən qüvvətli zərbə ilə bərabərlik qolunu vurub. İlk yarı - 1:1 hesabla yekunlaşıb.

İkinci hissəyə "Neftçi" daha fəal başlayıb. Tədricən üstünlüyü ələ alan "ağ-qaralar" 56-cı dəqiqədə penalti qazanıb. Emin Mahmudov penalteni "Dinamo"nun qapısından keçirə bilib.

Bu qoldan sonra "Dinamo" komandası yenidən bərabərlik qolunu vurmaq üçün irəli atılıblar. Lakin bu dəfə "Neftçi"nin müdafiə xətti rəqibin hücumlarının dəf edərək, bərabərlik qolunu vurmasına imkan verməyiblər. Beləliklə, "Neftçi" səfər oyununda "Dinamo" üzərində qələbə qazanaraq, iyulun 14-də "Bakcell Arena"da keçirəcəyi cavab oyunu üçün böyük üstünlük əldə edib. Həmin qarşılaşma 14 iyul tarixində saat 21:00-da start götürəcək.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google