Azərbaycanlı futbolçu Vüqar Bəybalayev Gürcüstanın "Telavi" klubu
ilə vidalaşıb.
Bu barədə 28 yaşlı yarımmüdafiəçi özünün feysbuk səhifəsində
paylaşım edib.
O, "Hər şey üçün təəkkürlər, "Telavi" yazıb.
Qeyd edək ki, Vüqar Bəybalayev "Telavi" klubuna bu ilin martında
"Səbail"dən keçmişdi.
Mənbə: report.az