Avqustun 7-də Qazaxıstanın Almata şəhərində “K-1” üzrə “Alash Pride
Gran-Prix 67” turniri keçiriləcək. Bu turnirdə Gürcüstandan da
idmançılar iştirak edəcək.
Bu barədə “Marneuli” radiosu ilə söhbəti zamanı Karate və Kik-boks
federasiyasının prezidenti Faiq Məmmədov məlumat verdi. Onun
sözlərinə görə, həmin yarışa onun tələbəsi Elnur Quliyev də
qoşulacaq.
“Biz də bu yarışa dəvət aldıq. İnşallah bu yarışdan
qələbə ilə qayıdacağıq. Gürcüstanımızın və Marneulimizin adını
ucaldacağıq. Mən tələbəmə bu sahədə güvənirəm”, –
Faiq Məmmədov dedi.
İdmançı Elnur Quliyev bu yarışda iştirak etdiyi üçün çox sevinir.
O, ümid edir ki, bu yarışdan qələbə ilə qayıdacaq.
“Mən indi daha çox çalışıram ki, bu yarışda qələbə
qazanım. İndi daha çox məşq edirəm”, – Elnur Quliyev
dedi.
Qeyd edək ki, turnirdə Elnur Quliyevin rəqibi Qazaxıstanlı idmançı
Qalımjan Kanaev olacaq.