Tokio-2020: Gürcüstan yığmasının üvündə dopinq tapılıb
Gürcüstanı təmsil edən nüvə itələyən Benik Abramyan Tokio Yay Olimpiya Oyunlarında iştirak etməyəcək.

Beynəlxalq Dopinq-Test Agentliyinin (ITA) məlumatına görə, idmançı iyulun 31-də verdiyi testin nəticəsi müsbət çıxıb. Onun orqanizmində dehidroxlormetil-testosteron, metandienon və tamoksifen tapılıb.

36 yaşlı atlet bu gün mübarizəyə başlamalı idi. Lakin o, dopinq-testinin şübhəli çıxması səbəbindən yarışlardan müvəqqəti kənarlaşdırılıb. İdmançı B testinin də açıqlamasını tələb etmək hüququna malikdir.

Qeyd edək ki, Benik Abramyan qapalı məkanlarda Gürcüstan çempionu və gümüş medalçı olub.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google