Azərbaycanlı futbolçu Amin Qarayev Gürcüstan millisində oynamağa
qərar verib.
Gənc futbolçu artıq Gürcüstanın 17 yaşadək futbolçulardan ibarət
millisində debüt edib. Gürcüstan U-17-sinin heyətində yer alan Amin
"Bannikov Cup" çərçivəsində Özbəkistanla keçirlən matça çıxıb.
Futbolçu debüt matçında iki qol ötürməsi verib. Oyun gürcülərin 4:3
hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, əvvəllər "Qarabağ"ın akademiyasında futbolun
sirrlərini öyrənən Amin Qarayev iki ildir Tiflis "Dinamo"sunda
çıxış edir.
Mənbə: axar.az