Gürcüstan yığmasının Marneulili cüdoçusu Luka Kapanadze dünya çempionatında qalib gəlib
Budapeştdə keçirilən 23 yaşa qədər gənclər arasında Avropa çempionatında Gürcüstan yığması finalda Rusiyanı 4:2 hesabı ilə məğlub edib və komanda yarışında 23 yaşa qədər gənclər arasında Avropa çempionatının qalibi olub.

Marneuli bələdiyyəsinin İdman Məktəbinin məlumatına görə, komanda yarışlarında Marneulili cüdoçu Luka Kapanaze də iştirak edib.


Finala qədər Gürcüstan yığması komanda yarışlarnda yarımfinalda Fransanı 4-2, sonra isə ev sahibi olan Macarıstan yığmasını 4-3 hesabı ilə məğlub edib.

Xatırladaq ki, qitə birinciliyində Gürcüstan yığmasının üzvləri səkkiz medal alıb. Tato Qriqalaşvili (81 kq) və İlia Sulamanidze (100) qızıl medal qazanıb.

Turnirdə Vladimer Axalkatsi (81), Aleko Mamiaşvili (73) və ağırlıq qaldıran Sopio Somxişvili ikinci yeri tutub.

Qiorqi Çikovani (100), Qiorqi Tuşişvili (66) və Qela Zaalaşvili (+100) isə bürünc medal qazanıblar.

Print Email
FaceBook Twitter Google